"Vorskla"nın baş məşqçisi: "Qarabağ" təcrübəli komandadır"

Sayta qoyulub: 17:16 16.09.2018 (142 dəfə oxunub)

"Vorskla"nın baş məşqçisi: "Qarabağ" təcrübəli komandadır"

"Karpatı" üzərində qələbə qazandıq.  İndi yüksək əhval-ruhiyyə ilə Avropa Liqasında "Arsenal"la keçirəcəyimiz səfər oyununa yollana bilərik. İngiltərədə bizi nəyin gözlədiyini yaxşı başa düşürük. İdman prinsiplərini nəzərə alsaq, avrokuboklarda yer almağa layiq idik". Bu sözləri Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib. Qrup mərhələsinin ilk turunda səfərdə qarşılaşacaqları "Arsenal" haqda danışan 43 yaşlı mütəxəssis rəqibin bir neçə oyununa baxdığını bildirib: "Arsenal"ın bəzi oyunlarına baxmışam, rəqib haqqında məlumat toplamağa davam edirik. Poltavaya qayıtdıqdan sonra bütün uşaqları bu komanda ilə tanış edəcəyəm. Düzdü, işimizin çətin olacağı bəllidir. Ancaq asan təslim olmaq niyyətində deyilik". 

Qrupdakı şanslarını da dəyərləndirən ukraynalı mütəxəssis "Qarabağ"ən təcrübəli komanda olduğunu bildirib: "Təbii ki, qrupun favoriti biz deyilik. Liderlər "Arsenal" və "Sportinq"dir.  "Qarabağ" isə təcrübəsi olan komandadır. Bizə çox çətin olacaq. Fikrimcə, sürpriz komandayıq. Qələbələr qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq". 

 Qeyd edək ki, "Vorskla"nın "Arsenal"la oyunu sentyabrın 20-də keçiriləcək. 

XƏBƏR LENTİ