Şeydayev yenə ehtiyatda qaldı

Sayta qoyulub: 17:15 16.09.2018 (77 dəfə oxunub)

Şeydayev yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Arsenal”la qarşılaşıb. Samara təmsilçisi səfərdə tulalılara 0:4 hesabıyla uduzub. Ramil yenə də sonadək ehtiyatda qalıb. “Krılya Sovetov” 7 turdan sonra 7 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ