Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

Sayta qoyulub: 17:08 16.09.2018 (102 dəfə oxunub)

 

Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu
Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilir. Millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “1921 Aalen”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1  hesablı  qələbəsi ilə başa çatıb.
 
90 dəqiqə meydanda olan Dadaşov 85-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb. Bu, onun III Bundesliqada 2-ci qolu olub. Qeyd edək ki, Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.

 

XƏBƏR LENTİ