Messi:"Artıq dünyada Xavi və İnyesta kimi futbolçu yoxdur"

Sayta qoyulub: 09:16 16.09.2018 (176 dəfə oxunub)

Lionel Messi Barselonanın hansı üslubda oynadığı haqda danışıb.

 

«Biz hər zaman Barsa olmaqda qalacağıq. Lakin əslində topa sahib olmanın 90%-ə çatması Buskets, Xavi və İnyestanın sayəsində olurdu.

 

İndi bütün dünyada Xavi və İnyesta kimi futbolçu yoxdur. Komandamızın hazırki futbolçularının pis olduğunu demək istəmirəm, sadəcə olaraq onlar unikal idilər. Amma üslubumuz da dəyişmir.

 

Xoşladığım mövqe? İndi oynadığım mövqe xoşuma gəlir. Mərkəz də sıxlıq çox olduğundan geri çəkilib topu götürmək və oradan hücumu inkişaf etdirmək yaxşıdır», – deyə Messi qeyd edib.

XƏBƏR LENTİ