"Zirə"yə texniki məğlubiyyət verilə bilər

Sayta qoyulub: 23:26 15.09.2018 (94 dəfə oxunub)

Topaz Premyer Liqasının IV turunda "Zirə" "Səbail"in qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatsa da, qonaqlar texniki məğlubiyyətlə üzləşə bilərlər.

Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bundan əlavə, kapitanın adı da protokolda yazılmayıb.

Yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

"Zirə"yə texniki məğlubiyyət verilə bilər

XƏBƏR LENTİ