Samir Abasov: "Oyunumuzdan narazıyam"

Sayta qoyulub: 23:23 15.09.2018 (122 dəfə oxunub)

Samir Abasov: "Oyunumuzdan narazıyam"

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IV turunda səfərdə “Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Mütəxəssis öncə oyun barədə danışıb:

 

- İlk oyunum idi. Futbolçularımı başa düşürəm. Oyunçulara demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar.

 

- Sanki bu, sizin oyun modeliniz deyil. Adətən belə taktiki sxemdən istifadə etmirsiniz.

- Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. “Sumqayıt”da fərqli idi, burada fərqli. Bu gün iki oyunçumuz – Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər.  Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq.

XƏBƏR LENTİ