"Sumqayıt"ın futbolçusu əvəzedici heyətə göndərildi

Sayta qoyulub: 15:45 15.09.2018 (120 dəfə oxunub)

"Sumqayıt"ın futbolçusu əvəzedici heyətə göndərildi
 

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Xəyal Nəcəfov cəzalandırılıb. “Sumqayıt” klubunun üzvü olan və gələcəyinə ümid bəslənilməsini şərtləndirən istedada malik olan Nəcəfov son 6 ayda ikinci dəfə əvəzedici heyətə göndərilib. Bu, ayrı-ayrı baş məşqçilərin dönəmində reallaşıb. 

Əvvəlcə Samir Abasov Nəcəfovu ikinci heyətə göndərmişdi, bu dəfə isə eyni prizmadan Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov çıxış edib. Səbəblər isə eynidir: İntizamsızlıq.

Xəyal Nəcəfov qeyri-müəyyən müddətə əvəzedici heyətə, yeni adı ilə isə ikinci komandaya göndərilib. 


XƏBƏR LENTİ