Sinqapur-2018: İlkin hava proqnozu

Sayta qoyulub: 07:48 13.09.2018 (180 dəfə oxunub)

Sinqapur Qran Prisi üçün ilkin hava proqnozu həftəsonuna yağışlı günlər vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinad bildirir ki, cümə günü yağışın yağma ehtimalı yüksəkdir, havanın temperaturu isə +31 dərəcə olacaq. Şənbə günü yağış ehtimalı cəmi 20% təşkil edəcək, amma termometrlər yenə də +31 dərəcəni göstərəcəklər. Yarış günü isə nahara qədər yağışın yağması ehtimalı yüksəkdir, hava isə +30 dərəcəyədək soyuyacaq.

Xatırladaq ki, keçən ilk dəfə yarış yağışlı havada baş tutmuşdu. Həftəsonunun digər sessiyaları isə quru havada baş tutmuşdu.

XƏBƏR LENTİ