Sinqapur da start qızlarından imtina etməyi düşünmür

Sayta qoyulub: 07:46 13.09.2018 (131 dəfə oxunub)

Sinqapur Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, gələn bazar günü start düzlüyünə yarışın titul sponsoru Singapore Airlines aviaşirkətinin uniformasını geyinmiş start qızları çıxacaqlar.

F-1.az xatırladır ki, mövsümün əvvəlində çempionatın yeni sahibi Liberty Media şirkəti dünya çempionatının qeyri-rəsmi simvoluna çevrilmiş start qızlarınından imtina etməyi qərara almışdı.

Qərar idman ictimaiyyəti arasında birmənalı qarşıalanmamışdı və Sinqapur yarışının təşkilatçıları hesab edirlər ki, şəhər-dövlət öz mədəniyyəti ilə digərlərindən fərqlənir, Singapore Girl isə, ümumiyyətlə, ayrıca yerli brenddir və milli dəyərləri tərənnüm edir.

XƏBƏR LENTİ