Sinqapur-2018: Bukmeyker cədvəlləri

Sayta qoyulub: 07:45 13.09.2018 (113 dəfə oxunub)

William Hill idarəsinin bukmeykerləri Sinqapurdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, qarşıdakı yarışın favoriti Sebastyan Fettel hesab olunur. Lyuis Həmiltonun uğur şansı isə iki dəfə az dəyərləndirilib.

Sinqapur Qran Prisində qələbə (sürücülər)
Sebastyan Fettel 2.37
Lyuis Həmilton 4.33
Daniel Rikkardo, Maks Ferstappen 5.00
Kimi Rəykkönen 8.50
Valtteri Bottas 13.00

Sürücülərin titul mübarizəsində bukmeykerlər yalnız dörd sürücünün şanslarını nəzərə alıblar – Ferrari və Mercedes sürücülərinin. Onların fikrincə, Lyuis bu il 5-ci dəfə çempion tacına sahib çıxacaq.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.53
Sebastyan Fettel 2.37
Valtteri Bottas, Kimi Rəykkönen 501.00

Mühəndislər Kubokunda 3 komanda cədvəldə əks olunsa da, əsas mübarizənin Mercedes və Ferrari-nin arasında gedəcəyi aşkardır…

Çempionatda qələbə (komandalar)
Mercedes 1.50
Ferrari 2.50
Red Bull 201.00

 

XƏBƏR LENTİ