"Real"ın baş məşqçisi əsas qapıçı seçimini etdi

Sayta qoyulub: 14:35 11.09.2018 (245 dəfə oxunub)

"Real"ın baş məşqçisi Xulen Lopeteqi komandanın əsas qapıçısını müəyyənləşdirmək üzrədir.


Əsas qapıçı böyük ehtimalla Tibo Kurtua olacaq. Belçikalı qolkiper "Atletiko" ilə matçda start heyətdə meydana çıxacaq.


Bildirilib ki, K.Navas Kosta-Rika millisinə çağırılmaqdan imtina edib və "Real"ın düşərgəsində qalıb. O, Lopeteqini Kurtuadan daha yaxşı formada olduğuna inandırmaq üçün bu adddımı atıb. Amma Navasın buna müvəffəq olmadığı vurğulanıb.


Xəbərdə o da qeyd olunub ki, "Real" müxtəlif turnirlərə görə, qapıçıları növbə ilə oynatmağı planlaşdırmır.

 

 

"Real"ın baş məşqçisi əsas qapıçı seçimini etdi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ