US Opendə ilk yarımfinalçılar məlum oldu

Sayta qoyulub: 08:51 05.09.2018 (118 dəfə oxunub)

US Opendə kişilərin turnirində ilk yarımfinalçılar müəyyənləşib.

 

Günün ilk qarşılaşmasında Xuan Martin Del Potro ilə ev sahibi Con İsner qarşılaşıb. İlk setdə məğlubiyyətə baxmayaraq argentinalı raketka ustası sonrakı 3 setdə qalib gələrək yarımfinala yüksəlib.

 

Digər 1/4 final oyunu daha gərgin keçib. Dominik Tim Rafael Nadalla ilk seti 6-0 xeyrinə başa vurub. Sonrakı 2 setdə ispan tennisçi qələbə qazanıb. 6-4, 7-5. Lakin 4-cü setdə avstriyalı tay-breykdə qalib gələrək hesabı bərabərləşdirib. Qalin son setdə tay-breykdə müəyyənləşib. Nadal qələbə qazanaraq Del Potroya rəqib olub.


US Opendə ilk yarımfinalçılar məlum oldu

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ