"Qarabağ"dan rəsmi transfer

Sayta qoyulub: 09:12 01.09.2018 (383 dəfə oxunub)

"Qarabağ"dan rəsmi transfer

"Qarabağ” transfer pəncərəsinin son günündə növbəti keçidini reallaşdırıb.

Klubun saytı xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb. Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında "Qarabağ"da keçirəcək.

26 yaşlı vinqer son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

XƏBƏR LENTİ