Azərbaycanlı futbolçu Rusiya klubuna keçib

Sayta qoyulub: 14:49 31.08.2018 (245 dəfə oxunub)

Azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.  

 Rusiyanın "Krılya Sovetov" klubundan ayrılan 24 yaşlı hücumçu "Ufa" komandasına keçib. 

Qeyd edək ki, "Krılya Sovetov" daha öncə Azər Əliyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. O, Samara komandasının heyətində 40 oyuna 5 qol vurub. Bu mövsüm isə Əliyev cəmi 1 dəfə meydanda olub. Azər Əliyev rusiyalı sayılır və heç bir yığmada çıxış etmir. 

 

 

Azərbaycanlı futbolçu Rusiya klubuna keçib

 

 

"Report" 

XƏBƏR LENTİ