Tanınmış türkiyəli futbolçu "Verder"ə transfer olunub

Sayta qoyulub: 13:18 31.08.2018 (259 dəfə oxunub)

Türkiyə milli komandasının sabiq futbolçusu Nuri Şahin karyerasını Almaniyanın “Verder” komandasında davam etdirəcək.

 Dortmund “Borussiya”sının xidmətində maraqlı olmadığı 29 yaşlı yarımmüdafiəçi Bremen təmsilçisi ilə razılıq əldə edib. Hazırda “Verder”in bazasında tibbi baxışdan keçən Nuri ilə 1 illik müqavilə bağlanılacağı bildirilir.

Qeyd edək ki, Nuri Şahin karyerası ərzində Hollandiyanın “Feyenoord”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Liverpul” komandalarının da formasını geyinib. O, 2005-2017-ci illərdə Türkiyə millisində 51 oyun keçirib və 2 qol vurub. 

 

Tanınmış türkiyəli futbolçu "Verder"ə transfer olunub

 

“Report”

XƏBƏR LENTİ