"Fənərbağça"dan daha bir transfer

Sayta qoyulub: 12:50 30.08.2018 (391 dəfə oxunub)

 

"Fənərbağça"dan daha bir transfer

“Fənərbaxça” Türkiyədə transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış heyətinə yeni futbolçu qatıb. İstanbul təmsilçisi “Qremio”dan Jailson Markesi transfer edib. 

Keçidə görə Braziliya klubuna 4,5 milyon avro ödəyəcək “sarı-lacivərdlilər” 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Jailson Markes “Fənərbaxça”nın bu yay heyətinə qatdığı 8-ci futbolçudur.

 

XƏBƏR LENTİ