Ramil Şeydayev:"Zenitə qol vursam......"

Sayta qoyulub: 09:18 25.08.2018 (345 dəfə oxunub)

Ramil Şeydayev:"Zenitə qol vursam......"

 

Krılya Sovetov klubunun futbolçusu , həmyerlimiz Ramil Şeydayev Rusiya çempionatı haqda fikirlərini bildirib.

 

— Əsas odur ki, yeni və daha yüksək səviyyəyə çıxmaqdır. Mənim üçün Krılya Sovetova keçid irəliyə addımdır. Mən böyük tarixə malik yaxşı bir kluba keçmişəm. Yeni komandama kğmək etmək üçün çox çalışacağam. Əsas məqsəd daha çox oynamaq və inkişaf etməkdir.

— Qarabağdan sonra Zenitə qayıdış müzakirə olunurdu?

— Yox.

— Gəlin, Türkiyədə olduğunuz müddətə nəzər yetirək. Nə alındı , nə alınmadı?

— Zenitlə müqaviləm bitdikdən sonra Avropaya yollanmaq istəyirdim. Bunu etdim və peşman deyiləm. Trabzonda nəsə qeyri-adi bir şey olduğunu deyə bilmərəm. Amma mən təcrübə topladım və bu mənə qarşıdakı karyeramda kömək olacaq.Türkiyə çempionatını çox bəyəndim. Oyunlar vı azarkeşlər möhtəşəm idi. Problem yalnız klub rəhbərlərindədir.Bunu tək mən demirəm. Qalan hər şey əla idi.

— Bir neçə il əvvəl sizi Piter futbolunun ən istedadlı futbolçusu adlandırırdılar.Zenitdə qalsaydız nə baş verə bilərdi?

— Bunu heç kim bilmir. Bir daha qeyd edirəm — heç nəyə görə peşman deyiləm.

— Zenit sizə yeni müqavilə təklif edirdi?

— Bəli. Lakin həmin an bu mənim istədiyim kimi deyildi. Mən uşaqlıqdan Zenitdə oynamaq istəyirdim. lakin verdikləri təklif məni bir qədər üzdü. Türkiyədən təklif olmasaydı, başqa bir Rusiya klubuna keçəcəkdim.

— Zenitin təklifində bəyənmədiyiniz nə idi?

— Hər şey. Fikrimcə bu mənə layiq təklif deyildi.

— Hətta gənc olmanıza baxmayaraq? Axı müqavilə bitdikdə sizin cəmi 20 yaşınız var idi.

— Təklif düzgün deyildi. 

— KS-la Zenitin oyunları sizin üçün xüsusi olacaqmı?

— Əlbəttə ki, keçmiş komandana qarşı oynadıqda xüsusi hisslər keçirirsən. Bir daha qeyd edirəm ki, Zeniti sevirəm və ürəyim oradadır.

— Qol vursaz sevinəcəksiz?

— Yox.

— Avropa çempionatı bir neçə şəhərə, o cümlədən Bakıda keçiriləcək. Məhz buna görə də Azərbaycan milli komandası qarşısına böyük hədəflər qoyub?


— Əlbəttə! Bizim Avropa çempionatının final mərhələsinə yüksəlməmiz üçün 2 şansımız var.Bundan istifadə etməyə borcluyuq! Gənc , ambisiyalı və sürətli komandamız var. Tezliklə Millətlər liqasına start verilir.Bütün ölkə bizə azarkeşlik edəcək. İnanıram ki, hər şey yaxşı olacaq. Bakıda Avropa çempionatında oynamaq böyük arzumdur.

 

— Rəqibləriniz Millətlər liqasında Kosova, Malta və Farer adalarıdır. İlk baxışdan elə də çətin görünmür.


— Elədir, lakin Kosova zəif rəqib deyil  Maltayla da səfərdə asan olmayacaq. Bütün komandalarla oynayıb qalib gəlmək lazımdır.

XƏBƏR LENTİ