Azərbaycan gimnastika üzrə iki Avropa çempionatını qəbul edəcək

Sayta qoyulub: 20:23 21.08.2018 (139 dəfə oxunub)

 

Azərbaycan gimnastika üzrə iki Avropa çempionatını qəbul edəcək

Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasının saytının yaydığı xəbərə görə, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Milli Gimnastika Arenası ilk dəfə olaraq, 23-25 mayda qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Azərbaycanda son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.

 

31 may–2 iyunda isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə bu idman növü üzrə qitə birinciliyinə ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını da təşkil edəcək.

 

XƏBƏR LENTİ