Barselona Rakitiçi satmağa razıdır

Sayta qoyulub: 10:26 21.08.2018 (283 dəfə oxunub)

Barselona rəhbərliyi İvan Rakitiçi satmağa hazırdır. Bu barədə Mundo Deportivo məlumat verib. Katalonlar 30 yaşlı futbolçunu müqavilədə qeyd edilmiş 125 milyon avroya sata bilərlər.

 

Futbolçuyla PSG maraqlanır. Hələ ki, parislilər rəsmi təklif göndərməyiblər. Bundan başqa Bavariyanın yeni baş məşqçisi Niko Kovaç da Rakitiçi komandasında görmək istəyir.

 

Qeyd edək ki, transfer baş tutarsa bu tarixdə 30 yaşdan yuxarı futbolçuya görə ödəniləcək rekord məbləğ olacaq. Hazırda rekord 117 milyon avroyla Ronaldoya məxsusdur.

 

Xatırladaq ki, 2014-cü ildən Barsada olan vitse dünya çempionu 2021-ci ilə qədər müqaviləyə malikdir.

XƏBƏR LENTİ