"Şerif"dən "Qarabağ"la oyun öncəsi qələbə

Sayta qoyulub: 08:00 21.08.2018 (93 dəfə oxunub)

Moldova çempionatında 17-ci turun oyunları keçirilib. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Şerif” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Milsami” ilə qarşılaşıb. Oyun “Qarabağ”ın rəqibinin qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 29-cu dəqiqədə Joalisson açıb. 90-cı dəqiqədə isə Rifet Kapiç “Şerif”in qələbəsini rəsmiləşdirib. Tiraspol təmsilçisi 17 turdan sonra 39 xalla 8 kollektiv arasında liderdi.

XƏBƏR LENTİ