Rüfət Dadaşov poker etdi

Sayta qoyulub: 13:22 20.08.2018 (178 dəfə oxunub)

 

Rüfət Dadaşov poker etdi
Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniyada qollarını sıralayır.

Almaniya üçüncü Bundesliqasında mübarizə aparan "Proyssen"də çıxış edən 26 yaşlı hücumçu Federasiya kubokunda "Şyüren"a ilə keçirilən görüşdə pokerlə yadda qalıb.
 

Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşün 35, 61, 71 və 80-ci dəqiqələrində rəqib qapısına yol tapıb.

Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub. 

 

XƏBƏR LENTİ