İkardinin məvacibi satış opsiyası qaldırıldı

Sayta qoyulub: 12:16 19.08.2018 (213 dəfə oxunub)

İnterin forvardı Mauro İkardi klubuyla yeni müqavilə imzalayıb.

 

Bir neçə həftə razılıq rəsmən əldə edilsə də bəyanat baş verməyib. Bunu  Corriere dello Sport və Tuttosport nəşrləri yayıb.

 

Yeni müqavilənin müddəti 2023-cü ilə qədərdir. İkardinin məvacibi 8 milyon avroya qaldırılıb. Sözləşməyə əsasən forvardı almaq istəyən klub 160 milyon avro ödəməlidir.

 

Xatırladaq ki, əvvəlki müqaviləyə əsasən İkardinin satış opsiyası 110 milyon idi.

XƏBƏR LENTİ