►Messi İspaniya çempionatında 6000-ci qolun müəllifi olub

Sayta qoyulub: 12:14 19.08.2018 (132 dəfə oxunub)

Argentina milli komandasının futbolçusu Lionel Messi "Barselona" klubunun heyətində İspaniya çempionatında 6000-ci qolunu vurub.

İlk turda "Alaves"lə ev oyununa təsadüf edib.

Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Lionel Messi La Liqada 5000-ci qolun da müəllifi olub. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə XXI tur görüşünə təsadüf edib. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi oyunda da Messi "dubl" müəllifi olub. 

 

 

 
 

XƏBƏR LENTİ