K.Horner: “McLaren problemləri həll etməlidir”

Sayta qoyulub: 12:10 19.08.2018 (133 dəfə oxunub)

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, McLaren-in uğurları Formula1 üçün vacibdir.

F-1.az xatırladır ki, britaniyalılar son qələbələrini 2012-ci ilin Braziliya yarışında, son podiumlarını isə 2014-cü ilin Avstraliya yarışında qazanıblar.

Kristian Horner: “McLaren möhtəşəm komandadır. Gözəl keçmişləri var və səhv etmirəmsə, Formula1-də ən çox qalib gələn ikinci komandadır. Buna görə də onlar yuxarı pillələrdə olmalıdırlar. Əlbəttə, indi çətin vəziyyətdədirlər. Ümid edirəm ki, tezliklə güclənərlər”.

XƏBƏR LENTİ