Araz Abdullayevin Avstriya klubuna keçidi yubanır

Sayta qoyulub: 15:43 18.08.2018 (216 dəfə oxunub)

Araz Abdullayevin Avstriya klubuna keçidi yubanır
 

Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin klubsuz günləri davam edir.  26 yaşlı futbolçu Avstriya “Mattersburq”u ilə razılıq əldə etsə də, klubla müqavilə imzalaya bilmir. Buna səbəb isə futbolçunun müqavilə ilə məxsus olduğu “Panionis” klubunun problem yaratmasıdır.  Yunanıstan klubu 2 illik müqaviləsi olan futbolçuya azad agent statusu vermək niyyətində deyil.

Yunanıstan təmsilçisinin rəhbərliyi Arazın klubu çətin vəziyyətdə qoymasını düşünür. Futbolçu “Qəbələ”dən ayrıldıqdan sonra “Panionis”la müqavilə imzalasa da, cəmi 1 məşq etdikdən sonra oradan ayrılıb və klubu çempionata hazırlıq öncəsi çətin vəziyyətə salıb. 

Qeyd edək ki, “Mattersburq” klubu Araz Abdullayevə 2 illik müqavilə təklif edib.  Yunanıstan klubu futbolçunun sənədlərini verməməkdə israr etsə, bu keçidin alınmamaq ehtimalı böyük olacaq. 

Futbol11.az

XƏBƏR LENTİ