"Keşlə" Litva millisinin üzvünü transfer etdi

Sayta qoyulub: 11:37 18.08.2018 (123 dəfə oxunub)

 

"Keşlə" Litva millisinin üzvünü transfer etdi

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, paytaxt təmsilçisi litvalı müdafiəçi Edvinas Girdvainislə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçunun son klubu Tel-Əviv “Hapoel”I olub. Qeyd edək ki, Girdvainis bundan əvvəl ölkəsində “Ekranas”, İspaniyada “Marbelya”, Polşada “Pyaşt” və Rusiyada “Tom” klublarının formasını geyinib. 2016-cı ildə Litva millisinə dəvət alan müdafiəçi yığmada 10 oyun keçirib.

 

 

XƏBƏR LENTİ