Futbol üzrə İspaniya çempionatı start götürüb

Sayta qoyulub: 08:32 18.08.2018 (124 dəfə oxunub)

Avqustun 17-də futbol üzrə İspaniya La Liqasında birinci tura start verilib.

Turun ilk matçı "Jirona" və "Valyadolid" komandaları arasında baş tutub. Görüşdə qapılara qol vurulmayıb.

Növbəti qarşılaşmada "Betis" "Levante"ni qəbul edib. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:3. "Levante"nin heyətində Marti (38-ci dəqiqə) və Morales (54, 90+5) fərqlənib.

Avqustun 18-də keçiriləcək oyunlarda "Selta" "Espanyol"u, "Vilyarreal" isə "Real Sosyedad"ı qəbul edəcək.

 

 

 

Futbol üzrə İspaniya çempionatı start götürüb

 

 

 

 

report

XƏBƏR LENTİ