Azərbaycanın UEFA Avropa Liqasının püşkatma mərasimindəki səfirlərindən biri müəyyənləşib

Sayta qoyulub: 15:43 17.08.2018 (137 dəfə oxunub)

Azərbaycanın UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcək səfirlərindən birinin kimliyi müəyyənləşib.

Həmin şəxs futbol veteranı Vəli Qasımovdur.

Qeyd edək ki, yarışın final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçu olmalıdır. O, qrup mərhələsindən başlayaraq bütün püşkatma mərasimlərinə qatılmalıdır. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.

Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər. Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.

 

 

Azərbaycanın UEFA Avropa Liqasının püşkatma mərasimindəki səfirlərindən biri müəyyənləşib

XƏBƏR LENTİ