“Mançester Siti” DÇ-2018-in ən gənc futbolçusunu icarəyə verib

Sayta qoyulub: 15:43 17.08.2018 (181 dəfə oxunub)

Şotlandiyanın "Seltik" klubu İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Daniel Arzanini icarəyə götürüb. 

 19 yaşlı avstraliyalı yarımmüdafiəçi iki mövsüm Şotlandiya klubunda çıxış edəcək. 

Qeyd edək ki, "Mançester Siti" Daniel Arzanini bu yay Avstraliyanın “Melburn” klubundan heyətinə qatıb. Avstraliya yığmasının da şərəfini qoruyan oyunçu Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının ən gənc futbolçusu kimi tarixə düşüb. Mundial başladığı vaxt o, 19 yaş 5 ay 10 günündə olub. 

 

“Mançester Siti” DÇ-2018-in ən gənc futbolçusunu icarəyə verib

report

XƏBƏR LENTİ