"Neftçi" "Bakcell Arena"ya nə vaxt qayıdacaq?

Sayta qoyulub: 14:57 17.08.2018 (118 dəfə oxunub)

"Neftçi" "Bakcell Arena"ya nə vaxt qayıdacaq?

 

"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir. Prosesin avqustun 19-da keçiriləcək ilk ev oyununadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib. Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək. Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

XƏBƏR LENTİ