F.Briatore: “Alonso qayıda bilər”

Sayta qoyulub: 08:26 17.08.2018 (113 dəfə oxunub)

Fernando ALonsonun sabiq meneceri Flavio Briatore bildirib ki, Alonso yenidən Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Formula1-dən gedəcəyini deyib.

Flavio Briatore: “Alonsonun qərarını anlaya bilirəm. Yeddinci və ya səkkizinсi yer uğrunda mübarizə aparmaq ona məntiqli gəlmir. Belə olanda sürücü motivasiya itirir. Eyni zamanda bu gün Formula1-də Alonso kimi adama yer tapılmaması qəribədir. Gələcək üçün planları var. Əvvəlcə Formula1 və Dünya Dözümlülük Çempionatındakı mövsümlərini bitirməlidir. Bir az fasilə verə bilər və bunu anlayışla qarşılayaram. Karyerasını bitirmək barədə söz demək tezdir. Formula1 sürətlə dəyişir və heç vaxt yox demək olmaz”.

Kristian Horner Alonso barədə “getdiyi hər komandada xaos yaradır” demişdi. Briatore bu fikirlə razı deyil: “Kristian dostum olsa da, belə danışması doğru deyil. Sürücülərini idarə edə bilməyən bir komanda varsa, o da Red Bull-dur. Daniel Rikkardo niyə gedir? Fernando mənim komandamda yarışdı və Renault kollektivini baş tacı etdi. Digər sürücülərə nümunəvi komanda yoldaşı oldu. Mühəndislər üçün əla meyar nöqtəsi idi”.

XƏBƏR LENTİ