Futbol üzrə Cənubi Koreya millisinə yeni baş məşqçi təyin olunub

Sayta qoyulub: 08:10 17.08.2018 (81 dəfə oxunub)

Futbol üzrə Cənubi Koreya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Yığma portuqaliyalı Paulu Bentuya həvalə olunub. 49 yaşlı mütəxəssislə 2022-ci ilə qədər müqavilə bağlanılıb. O, bu postda Sin Txe Yeni əvəzləyib.

Qeyd edək ki, Cənubi Koreya kollektivi Rusiyada keçirilən 2018-ci il dünya çempionatında qrupdan çıxa bilməyib. Bentu 2010-2014-cü illərdə Portuqaliya millisinə rəhbərlik edib. Onun son iş yeri Çinin “Çuntsin Lifan” klubu olub.

 

 

Futbol üzrə Cənubi Koreya millisinə yeni baş məşqçi təyin olunub

 

report

XƏBƏR LENTİ