“Real Madrid” İtaliya klubundan FIFA-ya şikayət edəcək

Sayta qoyulub: 08:01 17.08.2018 (199 dəfə oxunub)

İspaniyanın “Real Madrid” klubu İtaliya təmsilçisi “İnter”dən FIFA-ya şikayət edəcək.

Buna səbəb milanlıların “kral klubu”nun futbolçusu Luka Modriçlə gizli danışıq aparmasıdır. Qaydalara əsasən, başqa bir klubun oyunçusu ilə onun müqaviləsinin başa çatmasına 6 ay qalmış təmas qurmaq olar.

33 yaşlı xorvatiyalı yarımmüdafiəçinin “Real Madrid”lə 30 iyun 2020-ci il tarixinədək sözləşməsi var.

Qeyd edək ki, daha əvvəl Madrid klubunun direktoru Emilio Butraqenyo Modriçin satılmadığını açıqlayıb.

 

 

 

“Real Madrid” İtaliya klubundan FIFA-ya şikayət edəcək

 

 

report.az

XƏBƏR LENTİ