Rikkardo və Alonsonu əvəz edəcək piltolar müəyyənləşib

Sayta qoyulub: 09:11 16.08.2018 (88 dəfə oxunub)

Red Bull və Maklaren komandaları yaxın günlərdə Daniel Rikyardo və Fernando Alonsonu gələn il əvəz edəcək pilotların adlarını açıqlayacaq. ESPN-in məlumatına görə komanda rəhbərliyi artıq boş qalmış yerlərə kimləri dəvət edəcəklərini müəyyənləşdiriblər.

 

Məlumata görə Maklarenin əsas hədəfi Karlos Saynsdır. Lakin onun Red Bulla müqaviləsinin olması vəziyyəti bir qədər çətinləşdirə bilər. Eyni zamanda Sayns Ferstappenlə münasibətllərinin pis olmasına görə Red Bulla keçməyəcək. Belə olan halda alternativ Esteban Okon və Landa Norrisdir.

 

Red Bull isə Ferstappenin komanda yoldaşı kimi Pyer Qaslini görür. Burada da alternativ variant kimi Esteban Okon göstərilir.

XƏBƏR LENTİ