Z.Braun: “Alonso əsl əfsanədir”

Sayta qoyulub: 14:00 15.08.2018 (137 dəfə oxunub)

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Alonso həmişə Formula1-in əfsanələri arasında olacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda karyerasını bitirir.

Zek Braun: “Fernando təkcə McLaren üçün yox, eyni zamanda Formula1 üçün əsl səfirdir. İdmandakı 17 il ərzində nəslinin üstün sürücülərindən biri oldu. Şübhə yoxdur ki, idmanın ən yaxşı sürücülərindən biridir. Formula1-in zəngin tarixinə böyük qatqısı oldu. Hamı dəyişiklik etmək istəyər və Fernando da düşündü ki, doğru zaman ilin sonudur. Karyerasının ən yaxşı dövründə olsa da, qərarına hörmət edirik. Fernando ilə olan dialoqlarımızda gələcək üçün plan qurduq. Gələcəyini dəyərləndirəndə belə o, performansını itirmədi. Yüksək səviyyədə mübarizə apardı və növbəti yarışlarda bunu edə biləcək. Bütün komanda ona hörmət edir və o, bizim əfsanəmizdir. Fernando hekayəmizin vacib parçalarından biridir və McLaren-in vacib sürücülər siyahısında olacaq”.

XƏBƏR LENTİ