L.Həmilton: “Daha çox işləməliyik”

Sayta qoyulub: 13:57 15.08.2018 (79 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmiltın bildirib ki, komanda uğur qazanmaq üçün əlindən gələn etməlidir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” 2014-2016-cı illərdə rahatlıqla çempion olsalar da, son iki ildə Ferrari onlara əsl başağrısı olub. Xüsusən də, Ferrari bu il güclü maşın düzəltsə də, Fettelin səhvləri və “qırmızılar”ın bəzi yarışlarda səhv strategiya seçməsi onları hər iki cəbhədə Mercedes-sən geri salıb.

Lyuis Həmilton: “Komanda olaraq bu il yaxşı çıxış etmək üçün daha çox işləyirik. Keçən il balans cəhətdən çox güclü idik. Onların da, bizim də güclü olduğumuz yarışlar var idi. Amma bu il elə deyil. Bu il zəif olduğumuz sahələrdə daha çox işləyirik və inkişaf etməyə çalşırıq. Əgər mövsümün sonunda qalib olmaq istəyiriksə, boliddən maksimumu almalıyıq”.

XƏBƏR LENTİ