Barselona Rabyonu transfer edəcəyinə əmindir

Sayta qoyulub: 13:53 15.08.2018 (199 dəfə oxunub)

Barselonanın Rabyo israrı davam edir.

 

Bu yaxınlarda katalonların 23 yaşlı futbolçu üçün göndərdikləri təklifə rədd cavabı alıblar. Lakin onlar sonda transferin gerçəkləşməsinə əmindirlər.

 

Rabyo PSG ilə müqavilənin müddətini artırmaqdan imtina edib. Sözləşmə gələn yay başa çatır.

 

Katalon klubunun rəhbərliyi avqustun 31-dək keçidi həyata keçirə bilməsələr yanvarda yenidən məsələyə qayıdacaqlar. Onların fikrincə PSG yarımmüdafiəçini havayı buraxmamaq üçün böyük ehtimalla Barselona ilə danışığa girəcək.

XƏBƏR LENTİ