Orxan Sadıqlı rəsmən "Sumqayıt"da!

Sayta qoyulub: 12:30 15.08.2018 (102 dəfə oxunub)

Orxan Sadıqlı "Keşlə"dən ayrılıb. 25 yaşlı qapıçı karyerasını "Sumqayıt"da davam etdirəcək. Bu barədə əlcək sahibi özü deyib: "Artıq "Sumqayıt"ın futbolçusuyam. Bu mövsümü icarə əsasında keçirəcəm. Bu keçiddə əməyi olan hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinə minnətdaram. Karyeram üçün vacib addım atdım. İnşallah, xeyirli olar".

 

Qeyd edək ki, Sadıqlı 2016-cı ildə "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra "Keşlə"yə üz tutmuşdu.

XƏBƏR LENTİ