"Zirə"-"Keşlə" oyununun yeri dəyişdirildi

Sayta qoyulub: 12:09 15.08.2018 (99 dəfə oxunub)

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” görüşünün yeri dəyişdirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş “AZAL Arena”da reallaşacaq. “Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL matçın yerinin dəyişdirilməsinə qərar verib.

Qeyd edək ki, avqust 18-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.

XƏBƏR LENTİ