Fernando Alonso F1-dən getdiyini bəyan etdi

Sayta qoyulub: 18:24 14.08.2018 (110 dəfə oxunub)

Maklaren komandasının  pılotu Fernando Alonso Formula 1-i tərk etdıyını rəsmən bəyan edıb. Ikıqat dünya çempıonu bu mövsümün onun üçün sonuncu olacağını bıldırıb.

 

«Bu ıdman növündə 17 ildən sonra vıdalaşmaq zamanı çatıb.

 

Bu illər ərzində hər bir dəqiqədən zövq almışam. Bunda əməyi olan  insanlara təşəkkür bildirmək üçün sözlərim çatmayacaq. 

 

Bu il daha bir neçə qran pri qalıb. Onların hamısında böyük həvəslə çıxış edəcəyəm.

 

Maklarendəki hər bir kəsə təşəkkür edirəm. Ürəyim hər zaman onlarla olacaq. İnanıram ki, gələcəkdə daha güclü olacaqlar. 

 

Bu da mənə F1-ə  qayıtmağa həvəs oyada bilər. Buna çox şad olardım», – deyə Alonso qeyd edib.

XƏBƏR LENTİ