Rusiya millisinin üzvü "Valensiya"ya keçdi

Sayta qoyulub: 18:11 14.08.2018 (160 dəfə oxunub)

 

Rusiya millisinin üzvü "Valensiya"ya keçdi

Rusiya millisi və "Vilyareal"ın üzvü Denis Çerışev komandasını dəyişib. 27 yaşlı yarımmüdafiəçi növbəti mövsümü icarə əsasında "Valensiya"da keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq keçidin digər detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Çerışev 2016-cı ildə də "Valensiya"da çıxış edib. Həmin vaxt o, "Real"dan icarə əsasında "yarasalar"a keçmişdi.

 

XƏBƏR LENTİ