U-17-nin oyunlarının vaxtı açıqlandı

Sayta qoyulub: 10:59 14.08.2018 (81 dəfə oxunub)

U-17-nin oyunlarının vaxtı açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək. 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb. A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq. Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.

 

25 avqust

16:00. Qırğızıstan - Azərbaycan

 

26 avqust

16:00. Azərbaycan - Qazaxıstan

XƏBƏR LENTİ