AFFA "Sumqayıt"ın futbolçusunu cəzalandırdı

Sayta qoyulub: 10:58 14.08.2018 (94 dəfə oxunub)

AFFA "Sumqayıt"ın futbolçusunu cəzalandırdı

AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynovu cəzalandırıb. Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının I turunda “Neftçi”yə qarşı oyunun 67-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Qeyd edək ki, sözügedən oyunda "Neftçi" "Sumqayıt"ı 2:0 hesabıyla məğlub edib.

XƏBƏR LENTİ