BATE - "Qarabağ" oyununa böyük maraq

Sayta qoyulub: 17:32 13.08.2018 (190 dəfə oxunub)

BATE - "Qarabağ" oyununa böyük maraq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq. 3 min 126 nəfərlik azarkeş tutumuna sahib “Borisov Arena”da keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. BATE - “Qarabağ” matçına ən baha bilet 15 Belarus rublu (12,36 azn) təşkil edir. Ən ucuz bilet isə 6 rubldur.

Oyuna böyük maraq olduğu qeyd edilir. BATE - "Qarabağ" matçı sabah saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

XƏBƏR LENTİ