"Qarabağ" artıq Belarusdadır

Sayta qoyulub: 13:50 13.08.2018 (148 dəfə oxunub)

"Qarabağ" artıq Belarusdadır
 

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə ilk oyununu keçirəcəyi Belarusa yollanıb. Ağdam klubu dünən adıçəkilən ölkəyə çatıb. "Qarabağ" yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla saat 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq. Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq. BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

XƏBƏR LENTİ