Topaz Premyer Liqası: İlk turda 1700 azarkeş

Sayta qoyulub: 09:21 13.08.2018 (116 dəfə oxunub)

Topaz Premyer Liqasında mövsümün ilk turunda qeydə alınan azarkeş sayı bəlli olub. Turun ilk görüşü "Dalğa Arena" "Sumqayıt"la "Neftçi" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 800 nəfər izləyib. Qəbələdə baş tutan "Qəbələ" "Səbail" oyununu 600, "Keşlə" - "Sabah" qarşılaşmasında isə 300 azarkeş qeydə alınıb. Beləliklə, Topaz Premyer Liqasının açılış turunu cəmi 1700 azarkeş izləyib. Turun "Qarabağ" - "Zirə" oyunu isə avqustun 26-na təxirə salınıb.

XƏBƏR LENTİ