Ramil Şeydayevin yeni klubu rəsmən müəyyənləşdi

Sayta qoyulub: 09:15 13.08.2018 (429 dəfə oxunub)

Ramil Şeydayevin yeni klubu rəsmən müəyyənləşdi
 

Milli komandamızın üzvü Ramil Şeydayevin yeni klubunun adına rəsmən aydınlıq gəlib. Gənc hücumçu karyerasını Avstriyada davam etdirəcək. Türkiyənin "Trabzonspor" klubundan ayrılan hücumçu Avstriya Bundesliqasında mübarizə aparan "Mattersburq" klubu ilə müqavilə imzalayıb. Əslində, bu keçid təxminən bir ay öncə baş tutmalı idi.  Lakin tərəflər arasında ilkin danışıqlar baş tutsa da, sonda razılıq əldə olunmamışdı. Futbolçumuz artıq yeni klubunun düşərgəsinə qoşulub. O, hazırda davam edən Avstriya çempionatında yaxın günlərdə debüt edə bilər. Qeyd edək ki, Ramil Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Zenit"in yetirməsinin Rusiyanın "Krlya Sovetov" klubu ilə danışıq apardığı iddia olunurdu.  

XƏBƏR LENTİ