Sənan Qurbanovun qələbə şərhi

Sayta qoyulub: 22:28 12.08.2018 (60 dəfə oxunub)

 

Sənan Qurbanovun qələbə şərhi
"Mövsümün ilk matçı, çempionatın startı bizim üçün çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Komandamız çox istəkli idi. Meydanda da bunu gördük. Futbolçulara istəkli olmaları və parlaq qələbəyə görə minnətdaram".

Bu sözləri "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının birinci turunun “Səbail”lə oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib. Qarılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis böyükhesablı qələbəni şərh edib:
 

"Yenilənmiş “Səbail”ə qarşı oynadıq. Rəqib komandanın heyətində yaxşı futbolçular var. Onlara növbəti matçlarda uğurlar arzulayıram. “Səbail”i təhlil etmişdik. Matçda daha çox qol imkanı yaratdıq. Onların üçündən istifadə etdik. Gələcək oyunlarda daha yaxşı olacağını düşünürəm. Taktikanı elə qurmuşduq ki, Ceyms Adeniyi ön xətdə hərəkətli olmalı, arxasında Asif Məmmədovla cinahlar ona dəstək verməli idi. Rauf Əliyev güvəndiyimiz futbolçudur. Bu gün də ehtiyatdan oyuna çox fəal daxil oldu".

 

XƏBƏR LENTİ