Roberto Bordin: "İstədiyimiz oyunu göstərə bilmədik"

Sayta qoyulub: 21:27 11.08.2018 (160 dəfə oxunub)

Roberto Bordin: "İstədiyimiz oyunu göstərə bilmədik"

“Qalib gəlsək də, istədiyimiz oyunu sərgiləyə bilmədik”.Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının ilk turunda səfərdə “Sumqayıt”ı məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib:

 

- Qalib gəldiyimiz üçün sevinirik. Amma bu oyunla kifayətlənmək olmaz. Daha da yaxşı çıxış etməliyik.

 

- Anton Krivotsyuku mərkəz müdafiəçisi kimi oynatdınız. Ondan istədiyinizi ala bildiniz?

- Anton millidə mərkəz müdafiəçisi kimi oynayır. Hər iki mövqedə oynamağa layiq futbolçudu. Onun oyunundan razıyam, lakin sarı vərəqə almamalı idi.

 

- Oyun ərzində bir neçə dəfə Səlahət Ağayevə iradınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?

- Bütün oyunçulara etiraz edirəm. Çünki oyuna tez başlamalı idik. Xüsusən də rəqib azlıqda qalandan sonra etiraz edirdim. Səlahət son dəqiqələrdə oyunu ləngidirdi, biz isə üçüncü qolu vurmaq istəyirdik. Ümumilikdə, onun oyunundan razıyam.

 

- Müdafiədəki boşluqları necə doldurmağı planlaşdırırsınız?

- Bu məsələnin üzərində işləyirik. Düzdü, Ruslan Abışov bizim üçün ciddi itkidir. Ancaq onsuz oynamağa məcburuq.

 

- Çox qol vurmaq istədiyinizi desəniz də, ikinci hissənin əvvəlində müdafiəyə meyilli futbolçuları meydana buraxdınız. Hesabı qorumaq üçün belə addım atdınız?

- Yarımmüdafiəçimiz zədələndiyi üçün belə addım atdıq. Bu, heç bir taktiki gediş deyildi. 

 

- Bu gün Azərbaycan çempionatında debüt etdiniz. Azərbaycan çempionatı ilə keçmiş klubunuz “Şerif”in mübarizə apardığı çempionat arasında hansı müqayisələr apara bilərsiniz?

- Azərbaycan çempionatında yaxşı legioner və yerli futbolçular var. Yalnız bunu deyə bilərəm.

 

- Dabonu bu gün cinahda oynatdınız. Onu sırf hücumçu kimi görmürsünüz?

- Dabo hər iki mövqedə yaxşı oynayır. Cinahda oynatmağımızın səbəbi ikili mübarizələrdən daha çox qalib ayırlmasıdır. 

XƏBƏR LENTİ