"Kukesi"nin prezidenti "Qarabağ"la oyuna görə yaxşı mükafat vəd etdi

Sayta qoyulub: 17:42 29.07.2018 (409 dəfə oxunub)

"Kukesi"nin prezidenti "Qarabağ"la oyuna görə yaxşı mükafat vəd etdi

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi"nin prezidenti Safet Qiçi bu mərhələni uğurla adlayacaqları halda futbolçulara rekord mükafat vəd edib. Bu barədə Albaniya mətbuatı məlumat yayıb. Qiçi ötən günlərdə I təsnifat mərhələsində "Valetta"nı mübariədən kənarlaşdırmalarına görə komandaya 100 min avro mükafat ayırıb. Bu isə komandada yaxşı əhval-ruhiyyə yaradıb. Prezident futbolçulara "Qarabağ"ı da mübarizədən kənarlaşdırın və kağıza istədiyiniz rəqəmi yazıb" -, deyə bildirib. Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-də baş tutacaq. Cütün ilk oyununda hesab açılmayıb.

XƏBƏR LENTİ